“Qiymət ödəyiriksə, NƏTİCƏ OLMALIDIR!” –Vaşinqtona çağırış

“Qiymət ödəyiriksə, NƏTİCƏ OLMALIDIR!” –Vaşinqtona çağırış
17.03.2026 18:38 Təhlil

Fars körfəzində İrana qarşı hərbi əməliyyatların müddəti uzandıqca, regionun varlı ərəb dövlətlərinin iqtisadi itkiləri də həndəsi silsilə ilə artmaqdadır. Lakin iqtisadi ziyanın böyüməsinə baxmayaraq, bu ölkələrin siyasi prioriteti dəyişməz qalır.


“Reuters” agentliyinin diplomatik mənbələrə istinadən yaydığı məlumatlar göstərir ki, münaqişənin ilkin mərhələsində ehtiyatlı mövqe nümayiş etdirən bəzi ərəb paytaxtları, hazırda Vaşinqtonu hərbi prosesi yarımçıq qoymamağa və başladığı işi sona çatdırmağa çağırırlar. 

Maraqlıdır, bu yanaşma nədən xəbər verir?

Məsələ ilə bağlı TodayPress TV-də danışan Azərbaycan Ümid Partiyasının idarə heyətinin üzvü, politoloq Anar İsayev bildirib ki,  körfəz ölkələrinin mövqeyinin ilk baxışda ziddiyyətli görünsə də, əslində qısamüddətli ziyan və uzunmüddətli təhlükə hesablamasına əsaslandığını deyib:


“Bu, ilk baxışda ziddiyyətli görünür, amma əslində körfəz ölkələrinin davranışı daha çox qısamüddətli ziyan və uzunmüddətli təhlükə hesablaması ilə izah olunur. Bunun da bir neçə əsas səbəbi var:

1.  İranın regional təsirindən strateji qorxu.

Səudiyyə Ərəbistanı, BƏƏ və digərləri üçün əsas təhlükə təkcə müharibə deyil, İranın uzunmüddətli hegemonluğudur. Hər kəsə bəllidir ki, İran İraq, Suriya, Livan və Yəməndə çox ciddi təsir şəbəkəsi qurub. Körfəz ölkələrini raket və dronlarla dolayı təhdid edə bilir. Onlar düşünür ki, əgər ABŞ yarımçıq dayanarsa, İran daha da güclənəcək və “qalib çıxmış güc” kimi regionda diktə etməyə başlayacaq. Bu isə onlar üçün müvəqqəti iqtisadi zərərdən daha təhlükəlidir.

2. “Yarımçıq müharibə” qorxusu.

Bu körfəz ölkələri üçün ən pis ssenaridir. Müharibə başlayır, amma İran zəiflədilmədən bitir. Bu halda İran qisas motivasiyası ilə daha aqressiv ola bilər. Enerji infrastrukturlarına hücumlar arta, körfəz ölkələri birbaşa hədəfə çevrilə bilər. Ona görə də onlar deyirlər ki, əgər artıq başlanıbsa, nəticə alınmalıdır.

3. ABŞ-nin təhlükəsizlik zəmanətinə bağlılıq.

Bu ölkələrin təhlükəsizlik modeli böyük ölçüdə ABŞ-ə dayanır. Əgər ABŞ geri çəkilərsə, onun regiondakı etibarlılığı zəifləyər və körfəz ölkələri özlərini daha həssas hiss edər. Bu baxımdan, onlar Vaşinqtonu qətiyyətli görünməyə məcbur etməyə çalışırlar.

4. İqtisadi zərər və geosiyasi qazanc balansı.


Bəli, qısa müddətdə neft infrastrukturu risk altındadır, sığorta və logistika xərcləri artır. Amma uzun müddətdə əgər İran zəifləyərsə və ya məhdudlaşdırılarsa, körfəz ölkələri üçün daha sabit enerji bazarı və siyasi mühit yarana bilər.

5. Daxili və regional rəqabət faktoru.

Xüsusilə Səudiyyə Ərəbistanı üçün bu həm də İranla ideoloji (sünni–şiə) siyasi liderlik rəqabətidir. İranın zəifləməsi onların regiondakı mövqeyini gücləndirir”.

Ekspertin sözlərinə görə, bu ölkələr müharibəni istəmirlər, amma başlanmış müharibənin nəticəsiz qalmasından daha çox qorxurlar:

“Onların məntiqi belədir: “Əgər artıq qiymət ödəyiriksə, bu qiymət strateji nəticə verməlidir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bütün Xəbərlər