Proqnoz verildi: Qarşıdurmalar daha da güclənəcək!

Proqnoz verildi: Qarşıdurmalar daha da güclənəcək!
01.04.2026 16:42 Аналитика

Fransa ABŞ-yə İsrailə yük daşımaq üçün öz hava məkanından istifadə icazəsi verməyib və eyni zamanda İsrail ilə silah ticarətini dayandırıb. 


Bu barədə “Reuters” yazıb.     

Maraqlıdır, bu,  yeni qarşıdurmanın xəbərçisi ola bilərmi?

Məsələni politoloq Tofiq Abbasov TodayPress TV-yə şərh edib.


O bildirib ki, bölgədə və onun ətrafında proseslər artıq daha da gərginləşir və daha çox ölkə bu proseslərə birbaşa və ya dolayı yolla cəlb olunur:

“Fransa, Britaniya və Almaniyanın ABŞ-dən ciddi narazılığı var. Bu ölkələr başa düşürlər ki, hazırkı administrasiya faktiki olaraq Təl-Əvivin tələblərini müttəfiqlərin təklif və maraqlarından üstün tutur. Bu tendensiya ABŞ-də uzun müddətdir mövcuddur, lakin indi daha açıq şəkildə görünür”.      

Tofiq Abbasov əlavə edib ki, Donald Trampın ilk prezidentliyi dönəmində (2017-2021 Avropa dövlətləri ilə münasibətlər gərgin olub; o həm təhqiramiz ifadələr işlədib, həm də müttəfiqlərin maraqlarını nəzərə almadan qərarlar qəbul edib. İkinci dönəmdə (2025-...) isə bu siyasət daha qabarıq şəkildə özünü göstərir.

Analitik vurğulayıb ki, Avropa dövlətləri ABŞ-nin siyasətindən nəticə çıxarıb:


“Ukrayna məsələsində ABŞ-nin məsuliyyəti kənara qoyması Avropada narazılıq yaradıb. Vaşinqtonun mövqeyi müttəfiqliyi zəiflədir. Hazırda Körfəzdə İran ABŞ və İsrailin hücumuna məruz qalır. Avropa ölkələri isə açıq şəkildə bildirirlər ki, bu onların müharibəsi deyil”.   

Politoloq hesab edir ki, İsrail yaxın günlərdə çətinliklərlə üzləşə bilər:

“Fransa və Almaniya sərt mövqedədir, Britaniya isə hərbi dəstək vermir. Livan cəbhəsində həm texniki, həm də insan resursları çatışmır, İran isə İsrailə təsirli raket zərbələri endirir. Bu, İsrailin hərbi maşınının hərəkətində ləngiməyə və ciddi çatışmazlıqlara səbəb olur”. 

Analitik əlavə edib ki, Avropanın mövqeyi ABŞ və İsrailə qarşı özünəməxsus “siyasi reaksiyası” kimi də qiymətləndirilə bilər.

“Avropalılar ABŞ siyasətində müəyyən lobbi təsirini qəbul etmirlər və özlərini təhqir olunmuş hesab edirlər. Bu lobbi dünyanın geosiyasi gedişatına təsir edir ki, Avropa üçün bu, qəbuledilməzdir”, – deyə o bildirib.

Politoloq həmçinin vurğulayıb ki, Avropa Rusiyaya qarşı öz təsirini artırır, Ukraynanı dəstəkləyir və regiondakı resursların (neft, qaz, litium, daş kömür) üzərində nəzarəti gücləndirmək niyyətindədir.


O, sonda bildirib ki, hansı dövlətin hansı bölgəni və resursu nəzarətdə saxlayacağı yaxın gələcəkdə aydınlaşacaq:

“Bu, amansız bir mübarizədir. Dünya müharibəsinin işartılarını artıq görürük və növbəti 3–5 il ərzində bu qarşıdurmalar daha da güclənəcək, yeni bölgülər meydana çıxacaq”.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 Все новости