Paşinyanın “növbətçi” Moskva səfəri: Kremlin qapısı bu dəfə niyə döyüldü?

Paşinyanın “növbətçi” Moskva səfəri:  Kremlin qapısı bu dəfə niyə döyüldü?
24.07.2025 11:00 Təhlil

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri daha çox zərurətdən doğan bir addım kimi qiymətləndirilməlidir”. 

Politoloq İlyas Hüseynov bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, bu səfər Rusiya-Ermənistan münasibətlərindəki ziddiyyətli proseslərin fonunda baş tutur və təkcə İrəvan-Moskva münasibətlərində deyil, bütövlükdə regional balansda da ciddi maraq doğurur.       

“Son illərdə Paşinyanın Rusiyaya qarşı sərt addımları, o cümlədən rus dilinin təqibi, Kremlə yaxın kadrların vəzifələrdən uzaqlaşdırılması, həmçinin Ermənistanın Rusiya rəhbərliyi altında fəaliyyət göstərən hərbi-siyasi və iqtisadi strukturlardan uzaqlaşması, iki ölkə arasında münasibətləri ciddi şəkildə sarsıdıb. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) olan münasibəti də bu kursun göstəricisidir. Rəsmi İrəvan nə təşkilatın iclaslarına qatılır, nə də üzvlük haqlarını ödəyir. Faktiki olaraq Ermənistanın KTMT-dəki iştirakı dondurulmuş vəziyyətdədir. Bu şəraitdə Paşinyanın Moskvaya səfəri, tərəflər arasında hansısa yeni razılaşmaların gündəmə gətiriləcəyi, ya da münasibətlərin əvvəlki vəziyyətə qaytarılması üçün vasitələrin araşdırılacağı ehtimalını aşağı salır”.  

Analitik Azərbaycan-Rusiya münasibətlərində son aylarda yaranan gərginliyi də xatırladaraq, bunun kontekstdən kənar olmadığını diqqətə çatdırıb. Xüsusilə AZAL təyyarəsinin vurulmasından sonra yaşanan diplomatik soyuqluq və rus bloqerlərin Azərbaycana qarşı aqressiv çıxışları, Ermənistan daxilində Rusiya ilə Bakı arasında yaranmış bu gərginlikdən istifadə edib Moskva ilə yaxınlaşmaq üçün fürsət axtarışlarını stimullaşdırır.  

O bildirib ki, erməni ekspertlərinin bir qismi də hesab edir ki, Rusiya ilə münasibətlərin düzəlməsi üçün Paşinyan administrasiyası yeni təkliflərlə Kremlin qapısını döyə bilər. Lakin burada vacib amillərdən biri də Rusiya daxilindəki erməni diasporu və Erməni Apostol Kilsəsinin mövqeyidir. Paşinyanın kilsə ilə olan açıq qarşıdurması və Rusiya kilsə dairələrinin buna reaksiyası, Moskvanın rəsmi İrəvana münasibətini daha da mürəkkəbləşdirə bilər.    

Politoloqun qənaətincə, bu məsələdə də Paşinyan Moskva tərəfinin konkret mövqeyini öyrənmək istəyəcək. 

“Bununla belə, Ermənistan-Rusiya münasibətlərinin əvvəlki strateji səviyyəyə qayıdacağı inandırıcı görünmür. Paşinyanın Moskva səfərini “növbətçi” səfər adlandırmaq yerinə düşər. Çünki bu təşəbbüs daha çox daxili və xarici təzyiqlərin balanslaşdırılması üçün atılmış addımdır, nəinki real strateji dönüşün başlanğıcı”, - deyə o öz fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyaya səfər edəcək.

Töhfə Səməd

FOTOLAR

Paşinyanın “növbətçi” Moskva səfəri:  Kremlin qapısı bu dəfə niyə döyüldü? — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Bütün Xəbərlər