Növbəti hədəf Litvadır?: KARTLAR AÇILDI

Növbəti hədəf Litvadır?: KARTLAR AÇILDI
05.06.2025 16:30 Təhlil

“Rusiya proqnozlaşdırılması mümkün olmayan dövlətdir. Hər an hər şey edə, hansısa beynəlxalq hüquqa zidd addımlar ata bilər”. 

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən deyib. 

O qeyd edib ki, Rusiya üçün müasir dünyanın qaydaları heç bir əhəmiyyət daşımır:

“Ukrayna kimi müstəqil, suveren dövlətin ərazisində işğalçılıq fəaliyyəti ilə məşğuldur. İşğalçı savaş aparır. Rusiya hər zaman hər şey edə bilər, amma məsələ ondadır ki, buna hansı həddə qədər gücü çatacaq? Çünki Rusiyanın hədəfində sadəcə NATO ölkəsi olan Litva deyil. Artıq Qərbdə bir çoxları hesab edirlər ki, Ukrayna savaşından sonra Rusiyanın hədəfində bəzi Avropa ölkələri, xüsusilə də Şərqi Avropa ölkələri olacaq. Bu sıraya Litva, eyni zamanda Polşa kimi ölkələr də daxildir. Çünki Polşa Ukraynanın əsas dəstəkçilərindən idi və Kreml Polşadan intiqam almaq fikrində olduğunu qətiyyən gizlətmir. Ukrayna savaşı ətrafında yaranmış vəziyyəti nisbətən öz xeyrinə dəyişdiyi qənaətinə gələn Rusiya uzaq gedən planlar qurmağa başlayıb, üstəlik planları gizlətmir, tədricən gündəmə gətirir. Rusiyanın siyasi dairələri, bəzi siyasətçilər artıq açıq şəkildə bildirirlər ki, keçmiş SSRİ qeyri-qanuni şəkildə dağılıb və onun dağılma prosesi hüquqi prosedurlara zidd aparılıb. Ona görə də “keçmiş SSRİ-ni bərpa etmək lazımdır” kimi iddialar gündəmə gətirilir”.

Analitik bu baxımdan hesab edir  ki, hazırda yalnız Şərqi Avropa ölkələri və ya konkret olaraq Litva deyil, ümumilikdə MBD məkanı böyük təhlükə qarşısındadır: 

“Rusiya neoimperialist ideoloji xəttini üstün tutan dövlətdir və hələ də Çar Rusiyasının sərhədlərini xəyal edir. Hətta keçmiş SSRİ-nin sərhədləri belə Rusiyanı qane etmir. Çar Rusiyasının sərhədlərini və idarəçilik sistemini xəyal edirlər. Heç bir hüquqi subyekt istəmirlər, Kreml mərkəzli ümumi xalqların həbsxanasını yaratmaq kimi niyyətləri var. Bu baxımdan hazırda bütün MDB məkanı, yəni postsovet məkanında olan dövlətlər olduqca ciddi təhlükə qarşısındadır. Ona görə də Qərbin Ukraynaya ciddi dəstək verməsi lazımdır və Ukraynanın hərbi məğlubiyyətdən yayındırılması olduqca vacibdir. Əks halda, bütün dünya yenidən Rusiya problemi ilə üzləşə bilər. 

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş yüksək rütbəli məmuru Devid Petreus Rusiyanın Ukraynadakı müharibədə uğur qazanacağı təqdirdə Avropadakı Baltikyanı NATO ölkəsi olan Litvaya hücum edəcəyini iddia edib.

Qiymət Mahir

FOTOLAR

Növbəti hədəf Litvadır?: KARTLAR AÇILDI — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Bütün Xəbərlər