Ermənistan iqtisadiyyatına CİDDİ ZƏRBƏ: Bu sahələrdə problemlər yaranacaq...

Ermənistan iqtisadiyyatına CİDDİ ZƏRBƏ: Bu sahələrdə problemlər yaranacaq...
20.03.2026 00:15 Təhlil

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan brifinqdə çıxışı zamanı bildirib ki, əgər İrana qarşı müharibə uzanarsa, Ermənistan iqtisadiyyatı ciddi şəkildə əziyyət çəkəcək. 


O qeyd edib ki, xüsusən bəzi malların bahalaşması halında xərclər indi də müşahidə olunur: 

“Ermənistan bəzi xammal növlərini İrandan alır və bu halda qiymət artımı riski də var. Mümkün müharibənin uzanması Ermənistanın ticarət, enerji və logistika sahələrində ciddi problemlər yarada bilər”. 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, Ermənistan iqtisadiyyatı İran ilə həm ticarət, həm də logistika baxımından bağlı olduğu üçün mümkün müharibənin uzanması bir neçə sahəyə ciddi təsir göstərə bilər.   


Onun sözlərinə görə, əvvəlcə ticarət əlaqələri zərər çəkə bilər: 

“İran Ermənistan üçün əsas idxal və ixrac tərəfdaşlarından biridir. Xüsusilə yanacaq, qaz, tikinti materialları və bəzi ərzaq məhsulları Ermənistana İran üzərindən çatdırılır. Müharibə səbəbilə bu tədarük zənciri pozularsa, qiymətlər arta və bazarda qıtlıq yarana bilər”.  


Ekspert hesab edir ki, nəqliyyat və tranzit imkanları da ciddi zərbə ala bilər. Ermənistanın xarici dünyaya çıxışında İran mühüm marşrutlardan biridir. Sərhədlərdə təhlükəsizlik riskləri və ya bağlanmalar logistikanı çətinləşdirər, bu da həm idxalı, həm də ixracı zəiflədər.   

O, həmçinin enerji sahəsinin də təsirlənə biləcəyini vurğulayıb. 

“Ermənistan İran qazından istifadə edir və bu enerji əməkdaşlığı pozularsa, alternativ mənbələr daha baha başa gələ bilər. Bu isə ümumi iqtisadi xərcləri artırar. Turizm və xidmət sektoru da zərər görə bilər. Regionda təhlükəsizlik risklərinin artması turist axınını azaldır, investorlarda isə qeyri-müəyyənlik yaradır. Bu isə iqtisadi aktivliyin zəifləməsinə səbəb olur. Bundan əlavə, ümumi qeyri-müəyyənlik və risklər investisiya mühitinə mənfi təsir edir. Xarici investorlar belə vəziyyətlərdə daha ehtiyatlı davranır, yeni layihələr gecikir və ya dayandırılır”, - deyə A.Nəsirli izah edib. 


İqtisadçı sonda bildirib ki, belə bir münaqişənin uzanması Ermənistan iqtisadiyyatında qiymət artımı, ticarət azalması, enerji xərclərinin yüksəlməsi və ümumi iqtisadi yavaşlama ilə nəticələnə bilər.   

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Все новости