Edamlar dayanmır, insanların ahı ərşə çıxır - İrandan asılmış səhnələrin mesajı nədir?

Edamlar dayanmır, insanların ahı ərşə çıxır - İrandan asılmış səhnələrin mesajı nədir?
25.05.2026 15:41 Təhlil

İran İslam Respublikasında ölüm cəzası (edam) geniş şəkildə tətbiq olunur.  İnsan haqları təşkilatlarının məlumatlarına görə, 2026-cı ilin ilk 4-5 ayında 600-dən çox insan edam edilib. 

Son aylarda xüsusilə yanvar 2026-cı il etirazlarından sonra saxlanılan nümayişçilərə qarşı siyasi edamlar kəskin artıb. Ekspertlərin fikrincə, indiki böhranın yaradacağı sosial-iqtisadi problemlər ölkədə yeni etirazlara səbəb ola bilər. Bu da daha çox edam deməkdir.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan ilahiyyatçı Tural İrfan deyib ki, edam cəzası əsasən orta əsr hüquq məktəbinin qalığıdır. Lakin bu cəza daha çox orta əsrlər üçün xarakterik olan cinayətlərin qarşılığı kimi tətbiq olunmalıdır:


"İranda isə bu cəza əslində qorxu yaratmaq və xalqı vahimə altında saxlamaq məqsədi daşıyır. Hətta heç bir cinayət törədilməsə belə, İran rejimi xalqı qorxutmaq üçün edamlar həyata keçirir. Xüsusən də rejimin mənfi tərəflərini tənqid edən şəxslərə qarşı kütləvi edamların artırılması xalqı buxov altında saxlamağın əsas vasitələrindən biridir. İran rejiminin ideoloji xətti qədim Əhəməni və Sasani siyasi-ideoloji nostaljisi üzərində qurulmuş, təhrif edilmiş dini və məzhəbi prinsiplərə əsaslanır. Bu ideoloji xəttin hədəfi müsəlmanlar və türklərdir. Orta əsrlərdə formalaşmış fars şüubiyyəsinin davamı kimi, bugünkü İran hakimiyyəti İslama tamamilə yad olan, lakin İslam adı altında təqdim edilən batini xarakterli bir ideologiya formalaşdırıb. Burada insan həyatının dəyəri yoxdur. Bütün bu qəddarlıqları İslam adı altında həyata keçirməkdə məqsəd isə İslamı mənfi obrazda göstərməkdir".

İlahiyyatçı vurğulayıb ki, edam edilənlər müsəlmanlardır. Onlar sadəcə zülmə, irqçiliyə və əsarətə qarşı çıxış ediblər: 

"Bu şəxsləri edam etməklə rejim əslində İslam dininə qarşı mübarizə apardığını nümayiş etdirmiş olur. Rejimin söykəndiyi ideologiya özündən olmayanların, yəni həmin etiqada qarşı çıxanların malını və canını dəyərsiz hesab edir. Fars rejimi, əslində, müsəlman olduqları üçün xalqdan intiqam alır. İran hakimiyyətinin mahiyyəti tarixdə mövcud olmuş Qərmətilər və Həşşaşilər kimi terror təşkilatlarının prinsiplərinə söykənir. Bəşəriyyət üçün ciddi təhdid olan bu ideologiya artıq İran xalqını müəyyən dərəcədə İslamın həqiqi mahiyyətindən uzaqlaşdıra bilib. Rejim öz ideologiyasını din adı ilə təqdim etməyə çalışsa da, xalq bunu qəbul etmədiyi üçün ümumilikdə dindən uzaqlaşır".

Ekspert əlavə edib ki, onlar qədim Sasani şahlarının idarəçilik üsullarını İslam və məzhəb adı altında müsəlman xalqlara qarşı tətbiq edirlər. Onun fikrincə, İran rejimini formalaşdıran Qərbin siyasi və ideoloji institutları bundan müsəlman ölkələrinə qarşı təsir vasitəsi kimi istifadə edirlər:

"Buna görə də oradakı edamlar bir çoxlarını ciddi şəkildə narahat etmir. Ümumilikdə İran rejiminin ideoloji mahiyyəti qan, ölüm, işgəncə və zülm üzərində qurulub. Bu xüsusiyyətlər onların “dini mənbələr” adı altında təbliğ etdikləri ideoloji mətnlərdə də açıq şəkildə əks olunur", - deyə Tural İrfan deyib.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 Все новости