ABŞ-nin "qırmızı xətti": İranın “nüvə oyunu” gərginləşir…

ABŞ-nin "qırmızı xətti": İranın “nüvə oyunu” gərginləşir…
02.07.2025 16:23 Təhlil

İranın nüvə potensialının artması ABŞ və müttəfiqləri üçün “qırmızı xətt” sayılır”.

Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O qeyd edib ki, İran-ABŞ münasibətlərinin gərginləşməsi son illərdə, xüsusilə İranın nüvə proqramı ətrafında ciddiləşərək regional və qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır:

“1979-cu il İslam İnqilabından sonra iki ölkə arasında etimadın olmaması və qarşılıqlı düşmənçilik siyasəti münasibətləri daim gərgin saxlayıb. İranın uranı 60%-ə qədər zənginləşdirməsi və qabaqcıl sentrifuqalar istifadə etməsi nüvə silahı potensialını artırır ki, bu da ABŞ və müttəfiqləri üçün “qırmızı xətt” sayılır. ABŞ-nin 2018-ci ildə nüvə sazişindən çıxması və sanksiyaların sərtləşdirilməsi İranın iqtisadiyyatını zəiflətsə də, Tehranın nüvə ambisiyalarını gücləndirib. İsrailin 2025-ci ilin iyununda İrana zərbələri və ABŞ-nin bu hücumlarda iştirakı gərginliyi pik həddə çatdırıb”. 

Ekspert hesab edir ki, İranın nüvə silahı əldə etməsi qısamüddətli perspektivdə çətin görünür:

“Zənginləşdirilmiş urandan döyüş başlığına keçid 18-24 ay tələb edir. Əgər İran nüvə silahı əldə etsə, bu, hücum edənlər üçün çəkindirici amil ola bilər, lakin eyni zamanda regionda silahlanma yarışını sürətləndirər. ABŞ-nin hərbi müdaxilə siyasəti İranın daxili rejimini zəiflətməyə yönəlsə də, Tehran tam təslim olmaqdan imtina edir və “ön müdafiə” strategiyasını davam etdirir. İranın nüvə silahına sahib olması ABŞ və İsrail üçün strateji təhlükə yaratsa da, Tehran üçün bu, rejimin sağ qalmasını təmin edən “toxunulmazlıq” qarantiyası kimi görünür. Lakin nüvə silahının istifadəsi İran üçün fəlakətli nəticələrə, o cümlədən qlobal təcridə və hərbi cavaba səbəb ola bilər. ABŞ-nin daxilində hərbi müdaxiləyə qarşı müxalifət, xüsusilə “Öncə Amerika” tərəfdarlarının təzyiqləri Trampın hərbi eskalasiyadan çəkinməsinə səbəb ola bilər. Diplomatik danışıqların bərpa olunması hazırda çətin görünür. İran-ABŞ qarşıdurması yeni müharibəyə çevrilə, lakin bu, daha çox lokal zərbələr və proksi müharibələri şəklində ola bilər. Nəticədə, İranın nüvə silahı əldə etməsi çəkindirici amil olsa da, regionda və dünyada daha geniş eskalasiya riskini artırır”.

Qeyd edək ki, “Böyük yeddilik” kimi tanınan dünyanın 7 sənayeləşmiş ölkəsinin xarici işlər nazirləri ötən gün verdikləri birgə bəyanatda İsrail və İran arasında atəşkəsi dəstəklədiklərini bildiriblər. Eyni zamanda İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün danışıqların bərpa olunmasını istəyiblər. ABŞ lideri Donald Tramp isə davamlı olaraq İranın nüvə silahı əldə etmək hüququna malik olmadığını israr edir və İran daxilində uranın zənginləşdirməsini tamamilə dayandırmağa çağırır. 

Qiymət Mahir

FOTOLAR

ABŞ-nin "qırmızı xətti": İranın “nüvə oyunu” gərginləşir… — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 Bütün Xəbərlər