ABŞ-nin "qırmızı xətti": İranın “nüvə oyunu” gərginləşir…

ABŞ-nin "qırmızı xətti": İranın “nüvə oyunu” gərginləşir…
02.07.2025 16:23 Təhlil

İranın nüvə potensialının artması ABŞ və müttəfiqləri üçün “qırmızı xətt” sayılır”.

Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O qeyd edib ki, İran-ABŞ münasibətlərinin gərginləşməsi son illərdə, xüsusilə İranın nüvə proqramı ətrafında ciddiləşərək regional və qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır:

“1979-cu il İslam İnqilabından sonra iki ölkə arasında etimadın olmaması və qarşılıqlı düşmənçilik siyasəti münasibətləri daim gərgin saxlayıb. İranın uranı 60%-ə qədər zənginləşdirməsi və qabaqcıl sentrifuqalar istifadə etməsi nüvə silahı potensialını artırır ki, bu da ABŞ və müttəfiqləri üçün “qırmızı xətt” sayılır. ABŞ-nin 2018-ci ildə nüvə sazişindən çıxması və sanksiyaların sərtləşdirilməsi İranın iqtisadiyyatını zəiflətsə də, Tehranın nüvə ambisiyalarını gücləndirib. İsrailin 2025-ci ilin iyununda İrana zərbələri və ABŞ-nin bu hücumlarda iştirakı gərginliyi pik həddə çatdırıb”. 

Ekspert hesab edir ki, İranın nüvə silahı əldə etməsi qısamüddətli perspektivdə çətin görünür:

“Zənginləşdirilmiş urandan döyüş başlığına keçid 18-24 ay tələb edir. Əgər İran nüvə silahı əldə etsə, bu, hücum edənlər üçün çəkindirici amil ola bilər, lakin eyni zamanda regionda silahlanma yarışını sürətləndirər. ABŞ-nin hərbi müdaxilə siyasəti İranın daxili rejimini zəiflətməyə yönəlsə də, Tehran tam təslim olmaqdan imtina edir və “ön müdafiə” strategiyasını davam etdirir. İranın nüvə silahına sahib olması ABŞ və İsrail üçün strateji təhlükə yaratsa da, Tehran üçün bu, rejimin sağ qalmasını təmin edən “toxunulmazlıq” qarantiyası kimi görünür. Lakin nüvə silahının istifadəsi İran üçün fəlakətli nəticələrə, o cümlədən qlobal təcridə və hərbi cavaba səbəb ola bilər. ABŞ-nin daxilində hərbi müdaxiləyə qarşı müxalifət, xüsusilə “Öncə Amerika” tərəfdarlarının təzyiqləri Trampın hərbi eskalasiyadan çəkinməsinə səbəb ola bilər. Diplomatik danışıqların bərpa olunması hazırda çətin görünür. İran-ABŞ qarşıdurması yeni müharibəyə çevrilə, lakin bu, daha çox lokal zərbələr və proksi müharibələri şəklində ola bilər. Nəticədə, İranın nüvə silahı əldə etməsi çəkindirici amil olsa da, regionda və dünyada daha geniş eskalasiya riskini artırır”.

Qeyd edək ki, “Böyük yeddilik” kimi tanınan dünyanın 7 sənayeləşmiş ölkəsinin xarici işlər nazirləri ötən gün verdikləri birgə bəyanatda İsrail və İran arasında atəşkəsi dəstəklədiklərini bildiriblər. Eyni zamanda İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün danışıqların bərpa olunmasını istəyiblər. ABŞ lideri Donald Tramp isə davamlı olaraq İranın nüvə silahı əldə etmək hüququna malik olmadığını israr edir və İran daxilində uranın zənginləşdirməsini tamamilə dayandırmağa çağırır. 

Qiymət Mahir

FOTOLAR

ABŞ-nin "qırmızı xətti": İranın “nüvə oyunu” gərginləşir… — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Bütün Xəbərlər