Vətən müharibəsi iştirakçılarının tələbələrlə görüşü təşkil edildi

Vətən müharibəsi iştirakçılarının tələbələrlə görüşü təşkil edildi
14.10.2025 10:52 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib. 

TodayPress TV xəbər verir ki, tədbirdə Vətən müharibəsi iştirakçıları, Sosial Xidmətlər Agentliyinin əməkdaşları, eləcə də Universitetin müəllim-tələbə kollektivi iştirak edib. 

Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilən görüşdə əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Qəhrəman döyüşçülərimiz Möhtəşəm Zəfərimizdə yer aldıqları döyüşlərdən, xatirələrindən danışıblar, ordumuzun göstərdiyi qəhrəmanlıqlara diqqət çəkiblər. 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TodayPress TV

FOTOLAR

Vətən müharibəsi iştirakçılarının tələbələrlə görüşü təşkil edildi — 1
Vətən müharibəsi iştirakçılarının tələbələrlə görüşü təşkil edildi — 2
Vətən müharibəsi iştirakçılarının tələbələrlə görüşü təşkil edildi — 3
Vətən müharibəsi iştirakçılarının tələbələrlə görüşü təşkil edildi — 4
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər