Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqustun pensiyaları ödənildi
Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də Naxçıvan Muxtar Respublikası üzrə avqust ayının pensiyaları ödənilib.
TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, respublikanın digər bölgələri, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin avqust ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.