Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsi BMT-nin Forumunda təqdim edildi

Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsi BMT-nin Forumunda təqdim edildi
22.07.2025 17:29 Sosial

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən Nyu-York şəhərində təşkil olunan Yüksəksəviyyəli Siyasi Forum çərçivəsində keçirilən Nazirlər görüşündə çıxış edib.

Bu barədə Komitədən TodayPress TV-yə verilən məlumata görə, Anar Quliyev Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi islahatlar, əldə olunan nailiyyətlər və qarşıya qoyulmuş strateji prioritetlər barədə məlumat verib.

Komitə sədri şəhərsalma sahəsində qəbul edilmiş kompleks və inteqrasiya olunmuş yanaşmaların sosial rifaha, iqlim dəyişikliklərinə uyğunlaşmaya və iqtisadi dayanıqlığa töhfə verdiyini diqqətə çatdırıb.

Anar Quliyev iqlim dəyişikliyi, iqtisadi qeyri-müəyyənlik və sosial bərabərsizlik kimi problemlərin bir-biri ilə sıx bağlı olduğunu və bu çağırışların daha qabarıq şəkildə məhz şəhər mühitlərində özünü göstərdiyini bildirib. Komitə sədri vurğulayıb ki, proqnozlara əsasən 2050-ci ilədək dünya əhalisinin 70 faizədək hissəsi şəhərlərdə yaşayacaq və bu səbəbdən də şəhərlərin davamlı inkişafı qlobal gündəliyin prioritet istiqamətlərindən biri olmalıdır.

Həmçinin qeyd olunub ki, şəhər mühitinin düzgün planlaşdırılması və idarə olunması Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında da həlledici rol oynayır və bu kontekstdə şəhərlərin baş planları inklüzivlik, təhlükəsizlik, əlçatanlıq və dayanıqlılıq baxımından əsas strateji alətlərdən biridir.

Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalmanın prioritet istiqamət olduğunu qeyd edən Komitə sədri ölkəmizin iqlim dəyişiklikləri və urbanizasiya sahəsində beynəlxalq səylərə fəal töhfə verdiyini diqqətə çatdırıb. Bu xüsusda, COP29 çərçivəsində Azərbaycanın təqdim etdiyi “Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” təşəbbüsünün şəhərsalma ilə səhiyyə və iqlim siyasətləri arasında inteqrasiyanı təmin etdiyini bildirib.

Çıxış zamanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı şəhərsalma və bərpa işləri, işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "yaşıl enerji zonası" konsepsiyalarına uyğun şəkildə həyata keçirilən layihələr haqda məlumat verilib və bunun regional sabitliyə, iqtisadi dirçəlişə və dayanıqlı inkişaf hədəflərinə xidmət etdiyi qeyd edilib.

Komitə sədri həmçinin 2026-cı ilin may ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası haqqında məlumat verib. O, Forumun şəhərsalma sahəsində qabaqcıl təcrübələrin bölüşməsi, tərəfdaşlıqların gücləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platforma olduğunu bildirib və bütün ölkələri, beynəlxalq təşkilatları bu mühüm tədbirdə fəal iştirak etməyə dəvət edib.

Qeyd edək ki, 2013-cü ildən etibarən hər il təşkil olunan Yüksəksəviyyəli Siyasi Forum Dayanıqlı İnkişaf Məqsədlərinin qlobal səviyyədə nəzərdən keçirilməsi və onların icrasının sürətləndirilməsi üçün əsas platforma hesab olunur. Bu il Forum 14-23 iyul tarixlərində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Heç kimin geridə qalmaması naminə 2030 Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üçün davamlı, inklüziv, elmi və sübuta əsaslanan həllərin irəli aparılması” mövzusunda keçirilir.

Forum çərçivəsində Anar Quliyevin BMT-nin Məskunlaşma Proqramı “Hər kəs üçün layiqli mənzil” mövzusunda Yüksəksəviyyəli Dialoqda, Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üçün Tərəfdaşlıq Platformasına dair Yüksəksəviyyəli Tədbirdə və bir sıra ikitərəfli görüşlərdə iştirakı nəzərdə tutulur.

FOTOLAR

Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsi BMT-nin Forumunda təqdim edildi — 1
Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsi BMT-nin Forumunda təqdim edildi — 2
Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsi BMT-nin Forumunda təqdim edildi — 3
Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsi BMT-nin Forumunda təqdim edildi — 4
XƏBƏR LENTİ
31 MAY 2026
Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Bütün Xəbərlər