“Ai-95”in satışı dayandırıldı? - “SOCAR” iddialara cavab verdi

“Ai-95”in satışı dayandırıldı? - “SOCAR” iddialara cavab verdi
05.08.2025 13:52 Sənaye və energetika

“SOCAR” brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95” markalı yanacağın satışı dayandırılmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Report”a “SOCAR Petroleum” QSC-dən son günlər Bakının bir çox yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium benzinin satışı dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirilib.

Qeyd olunub ki, son günlər yüksək tələbat səbəbindən bəzi stansiyalarda müvəqqəti olaraq yanacaq ehtiyatı tükənib: "Lakin bu gündən etibarən bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər".

Qeyd edək ki, “SOCAR Petroleum” QSC 2008-ci ildə təsis edilib və Azərbaycan ərazisində “SOCAR” brendi altında neft və qaz məhsullarının alqı-satqısını, eləcə də beynəlxalq standartlara uyğun keyfiyyətli təchizat xidmətini həyata keçirir.

Şirkətin ilk 3 yanacaqdoldurma stansiyası 2010-cu il mayın 7-də istifadəyə verilib. Hazırda ölkə üzrə 69 YDS “SOCAR Petroleum”un balansındadır. Bundan əlavə, şirkətə məxsus 1 Sıxılmış Təbii Qaz terminalı və 13 neft terminalı bazası fəaliyyət göstərir ki, onlardan 11-i regionlarda, 2-si isə Bakıda yerləşir.

Ölkənin aparıcı yanacaqdoldurma şəbəkələrindən biri olan “Azpetrol” şirkətindən “Report”a bildirilib ki, şirkətə məxsus stansiyalarda “Aİ-95” markalı premium benzinin satışı dayandırılmayıb.

“Azpetrol”dan qeyd olunub ki, şirkətin bütün yanacaqdoldurma məntəqələrində mövcud olan 5 növ yanacağın satışı davam etdirilir və bu sahədə hər hansı fasilə qeydə alınmayıb.

Xatırladaq ki, hazırda “Azpetrol” şirkəti Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə 108 yanacaqdoldurma məntəqəsinə sahibdir. Bundan əlavə, şirkətin balansında 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyat üçün nəzərdə tutulmuş və müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı mövcuddur.

Hazırda fəaliyyət göstərən stansiyalarda 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu, həmçinin 23 elektromobil üçün enerji doldurma postu fəaliyyət göstərir.

XƏBƏR LENTİ
05 IYUN 2026
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Bütün Xəbərlər