Slovakiya Baş prokuroru Azərbaycanda səfərdədir

Slovakiya Baş prokuroru Azərbaycanda səfərdədir
19.09.2025 15:24 Siyasət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi və institusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq və korrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu kontekstdə Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqi istiqamətində fəal siyasət həyata keçirir.

TodayPress TV xəbər verir ki, bu çərçivədə, Slovakiya Respublikasının Baş Prokuroru Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Sentyabrın 19-da nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Eyni zamanda, Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə çiçəklər düzülüb.

Daha sonra Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Baş prokuror görüşdə Azərbaycan və Slovakiya arasında yüksək səviyyəli münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşımasını, dövlət başçılarının ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin əhəmiyyətini, Slovakiya şirkətlərinin Qarabağda bərpa işlərinə verdiyi töhfələri, eləcə də ticarət, texnologiya və sənaye sahələrində əməkdaşlığın genişlənməsi fonunda prokurorluq orqanları arasında da peşəkar əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.

Bundan başqa görüşdə Azərbaycanda həyata keçirilən hüquq islahatları, o cümlədən prokurorluq orqanlarının fəaliyyətində operativlik və hesabatlılığın artırılması məqsədilə tətbiq olunan Elektron Prokurorluq İnformasiya Sistemi (EPIS) barədə məlumat verilib.

Tərəflər həmçinin Azərbaycan Prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, habelə digər ölkələrin prokurorluq və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığına toxunaraq hüquqi dialoqun intensivləşdirilməsi, təcrübə mübadiləsi, ekstradisiya və hüquqi yardım sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Slovakiya Respublikasının Baş Prokuroru Maroş Jilinka çıxışında Azərbaycanda həyata keçirilən hüquqi islahatların beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğunluğunun mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq ölkəmizin hüquq sisteminin inkişafı istiqamətində atdığı addımların təqdirəlayiq olduğunu qeyd edib.

Görüşdə, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, cinayətkarlığa qarşı mübarizədə bilik və təcrübə mübadiləsi, eləcə də beynəlxalq hüquq normalarına uyğun fəaliyyətin daha da inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olub.

Sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Slovakiya Respublikasının Baş Prokurorluğu arasında Anlaşma Memorandumu imzalanıb.

Qonaqlar, həmçinin, Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədə ətraflı məlumat verilib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

TodayPress TV

FOTOLAR

Slovakiya Baş prokuroru Azərbaycanda səfərdədir — 1
Slovakiya Baş prokuroru Azərbaycanda səfərdədir — 2
XƏBƏR LENTİ
31 MAY 2026
Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Bütün Xəbərlər