Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir

Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir
20.09.2025 13:30 Mədəniyyət

Mədəniyyət Nazirliyi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə sentyabrın 20-də Xankəndidə Şəhər Günü keçirilir.

TodayPress TV xəbər verir ki, bu münasibətlə Xankəndi şəhərindəki Konqres Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyi təşkilatçılığı ilə "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açılıb. 

Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, digər rəsmilər, mədəniyyət xadimləri və doğma yurda qayıtmış sakinlər iştirak ediblər.

​Məlumat verilib ki, sərginin əsas məqsədi Azərbaycanın qədim diyarı olan Qarabağın azad olunmuş ərazilərindəki təbii gözəllikləri, tarixi abidələri və bərpa-quruculuq prosesini peşəkar fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etməkdir.

​Sərgidə Fətəli Fətəliyev, Arif Ələkbər, Vüqar İbadov, Kamran Əsədov, Sabir Məmmədov, Tapdıq Abdullayev, Sücəddin Hüseynov, Mahir Qəhrəmanov, Abdulla Səfi, Asif Mustafazadə, Fariz Vəliyev və başqa tanınmış fotoqrafların əsərləri nümayiş olunur. Hər bir fotoqraf özünəməxsus baxış bucağı ilə Qarabağın ruhunu, həmçinin qədim abidələrimizin və müasir inkişafın ahəngini əks etdirən kadrları təqdim edir.

​"Qarabağ – obyektivdən tarixə" sərgisi həmçinin ictimaiyyəti Qarabağın indiki həyatı və gələcək perspektivləri ilə tanış etməklə yanaşı, bölgənin mədəni və tarixi dəyərlərinin qorunmasına dair məlumatlandırmanı artırmağı hədəfləyir.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilib. 

Həmin ilin 15 oktyabrında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən  Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan bayrağı qaldırılıb, 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində möhtəşəm Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi parad keçirilib.

Dövlət başçısının 18 sentyabr 2025-ci il tarixli Sərəncami ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü kimi təqvimimizə yazılıb.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanda hər il 26 avqust - Laçın, 4 oktyabr - Cəbrayıl, 17 oktyabr - Füzuli, 20 oktyabr - Zəngilan, 25 oktyabr - Qubadlı, 8 noyabr - Şuşa, 20 noyabr - Ağdam və 25 noyabr - Kəlbəcər şəhəri günləri kimi qeyd olunur, geniş mədəni proqram təqdim edilir.

TodayPress TV

FOTOLAR

Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir — 1
Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir — 2
Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir — 3
Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir — 4
Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir — 5
Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir — 6
Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir — 7
Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir — 8
Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir — 9
XƏBƏR LENTİ
05 IYUN 2026
Ermənistan qızıl zavodlarını Azərbaycana verir- İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN! 13:02 Xəzər quruyur - Prezident həyəcan təbili çaldı 12:58 Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı! 12:47 Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib 12:38 Transfer söz-söhbətlərinə son? Kivu Bastoni barədə danışdı! 12:31 300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi: Karapetyan say açıqladı 12:26 TƏCİLİ! Bu NATO ölkəsi vuruldu 12:26 Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı 12:19 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ 11:29 İran Azərbaycana qarşı - milyonlarla dollara Nardaranı ayağa qaldırdı və dövlətimizə hücum edildi 11:53 Pley-in həyəcanı: millimiz Litva səddini aşmağa çalışacaq! 11:48 Bu şəxslərə hərbi xidmət dövründə müavinət ödəniləcək 11:43 Azərbaycan Danimarkanı təbrik etdi 11:35 Türk blogerin "Laçın boşalıb" videosundakı təxribata cavab: "Bu qədər adam "Mars"dan gəlib?" 11:24 Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var 11:16 Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq 11:14 Bütün Xəbərlər