Praqada Zəfər Günü münasibətilə xatirə gecəsi keçirildi

Praqada Zəfər Günü münasibətilə xatirə gecəsi keçirildi
11.11.2025 01:34 Культура

Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evində 8 Noyabr – Zəfər Günü münasibətilə xatirə gecəsi təşkil olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Tədbir komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun və Azərbaycanın Çexiyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Gecənin əvvəlində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin azad olunması ilə bağlı çıxışını və xalqımızın sevinc dolu reaksiyasını əks etdirən videoçarx böyük maraqla izlənib.

Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Begim Cəfərova çıxış edərək, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərin tarixi əhəmiyyətindən danışıb. O, xalqımızın azadlıq uğrunda apardığı mübarizənin həm mənəvi, həm də milli dəyər baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə Leyla Begim Cəfərovanın çex dilinə tərcümə olunan "Atla Gediş" pyesi də səhnələşdirilib. Çex aktyorları Rixard Fiala, Qabriela Pišna, Vitek Mastalir və Krištof Nohinek canlandırdığı obrazlarla tamaşaçılarda emosiyalar yaradıb.

Gecədə, həmçinin rəssam Vəfa Aşumovanın Zəfər Günü münasibətilə hazırladığı "Natəvan" kuklası və rəssam Heyran Mustafazadənin "Rişələr" adlı sərgisi nümayiş olunub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Все новости