İtaliyanın “Radio Classica” kanalında Üzeyir Hacıbəyli ilə bağlı xüsusi proqram yayımlanır

İtaliyanın “Radio Classica” kanalında Üzeyir Hacıbəyli ilə bağlı xüsusi proqram yayımlanır
18.09.2025 18:00 Mədəniyyət

İtaliyanın məşhur “Radio Classica” kanalında Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi, musiqişünas, pedaqoq, publisist və dramaturq Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş xüsusi musiqi proqramı və podkast yayımlanır.

TodayPress TV xəbər verir ki, layihə Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilir. 

Proqram çərçivəsində Üzeyir Hacıbəylinin Azərbaycan klassik musiqisinin formalaşmasında rolu, milli opera və operettanın yaradıcısı kimi misilsiz xidmətləri barədə geniş söhbət aparılır. Dinləyicilərə bəstəkarın ölməz əsərlərindən – “Koroğlu” operasından uvertüra, “Arşın mal alan” operettasından seçmələr, simfonik və kamera musiqiləri təqdim olunur.

“Radio Classica”nın musiqi ekspertləri və aparıcıları qeyd edirlər ki, Üzeyir Hacıbəylinin yaradıcılığı təkcə Azərbaycan mədəniyyətinin deyil, ümumdünya musiqi xəzinəsinin əvəzolunmaz hissəsidir. Proqramda bəstəkarın Şərq və Qərb musiqi üslublarını sintez edən yenilikçi yanaşması, həmçinin onun Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılmasındakı misilsiz xidmətləri vurğulanır.

Bu təşəbbüs Azərbaycanın zəngin musiqi irsinin beynəlxalq miqyasda təbliği, Üzeyir Hacıbəyli yaradıcılığının beynəlxalq auditoriyaya daha geniş çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Layihə həmçinin Azərbaycan-İtaliya mədəni əlaqələrinin möhkəmlənməsinə töhfə verir, ölkəmizin dünya musiqi məkanındakı mövqeyini daha da gücləndirir.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər