“Əqidəli insan” mənasızlığı – Orxan Saffari yazır...

“Əqidəli insan” mənasızlığı – Orxan Saffari yazır...
16.09.2025 12:55 Mədəniyyət

Demək olar, bütün cəmiyyətlərdə hörmət edilən, sevilən bir insan tipi də “Əqidəli insan”dır. Bu, adətən, siyasi-ictimai məsələlər fonunda daha çox qəbul edilən haldır. Daha dəqiq, əqidə anlayışının, bu romantik düşüncənin daha çox lazım olduğu meydan məhz siyasi-ictimai meydandır.

Ancaq maraqlıdır, nədir əqidə?

Ümumiyyətlə, insan niyə əqidəli olmalıdır? Bəlkə, əqidə deyilən bir anlayış yoxdur və bu da özlüyündə sabit nizam yaratmaq, hansısa bir idarəetmə formasıdır?

Məsələn, əqidəli insanlar ciddi insanlar ola bilərmi?

İnsan niyə ömür uzunu bir əqidəyə sabitqədəm olmağa məcburdur?

Əqidə, belə demək olarsa, bir fikrə, yaxud hansısa mövqeyə şəksiz, şübhəsiz bağlanmaq, inanmaq və o istiqamətdə həyat qurmaqdır.

Bəlkə, dəyişməkdən qorxmağın adıdır əqidə?

Adətən, əqidəli insanlar cəsarətli insanlar kimi qəbul edilsə də, əslində, əqidə həm də düşüncə qorxunu gizlətməyin bir formasıdır, sığınacaqdır.

Əqidəli adamlar sabit adamlar olduğu üçün, xüsusilə siyasi sistemlərin əqidəli insanı sevmək düşüncəsi var. Daha dəqiq, əqidəli adamlar elə bilir, onlar mütləq sabit, sadiq olmalıdır, dəyişmək ən yaxşı halda ayıbdır. Sabitlik isə əqidəli adamların ən müsbət xüsusiyyəti kimi qəbul edilir.

Yaxşı, bəs sabit insan olmağın dəyərli bir xüsusiyyət olduğunu kim deyir?

Əqidə həm də rahatlıq, özünü və beynini yormamaqdır. Bu isə ciddi, düşünən adama aid xüsusiyyət deyil. Əqidəli olmaq, həm də dəyişən dünyada, dəyərlərdə, düşüncələrdə yenilənə bilməmək, köhnə qalmaqdır.

Bu gözəlim dünyada, ovuc boyda ömürdə daim bir düşüncə, əqidə ilə yaşamaq kədərli deyilmi?

İnsanın tutduğu əqidəyə sadiq qalması həm də qorxu ilə bağlıdır. Çünki cəmiyyət, sosial ətrafda dəyişikliyi qəbul etmir, edə bilmir. Dəyişkənlik isə əksərən xəyanət aktı kimi qəbul edilir.

Əqidəli olmaq həm də azad ola bilməməkdir. Hətta sahib olduğun əqidə sənə azadlıq aşılayırsa belə, bu, yenə də azad olmaq yox, azad olmağa məhkum olmaqdır.

Əqidəli insan heç vaxt inkişaf da edə bilməz. Ümumiyyətlə, əqidə insanın fərd olaraq özünə lazımlı olmur. Bu, daha çox cəmiyyətin, kütlənin ehtiyacıdır. Adətən, kütlə də özünə qəhrəmanı əqidəli adamlar arasından seçir.

Əqidə heç bir alternativin olmamağı, “Mən də belə düşünürəm, bu da mənim həqiqətimdir” deməkdir və bu da düşünməyi məhdudlaşdıran ən əsas amildir.

Əqidə həm də başqalarının, tarixi davranışları oğurlamaqdır, məhkum olmaqdır.

Əqidə fəlsəfə tarixində də birmənalı qarşılanmayıb.

Məsələn, Antik dövrdə Sofistlər sabitqədəm olan fikirlərə güvənmirdilər. Onlar da həqiqət anlayışının dəyişkən anlayış olduğunu düşünürdülər. Yaxşı, həqiqətlər dəyişirsə, insan necə əqidəli qala bilər və ya qalmalıdır?

Bir sözlə, əslində, əqidə ən böyük illuziyadır.

Orxan Saffari

TodayPress TV


XƏBƏR LENTİ
05 IYUN 2026
Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Bütün Xəbərlər