“Ədalətli insan” mənasızlığı – Orxan Saffari yazır...

“Ədalətli insan” mənasızlığı – Orxan Saffari yazır...
26.09.2025 16:55 Mədəniyyət

Cəmiyyət tərəfindən müsbət qarşılanan bir anlayış da “Ədalətli insan” olmaqdır.

Bəs yaxşı, insan doğrudan da ədalətli ola bilərmi?

Nədir ədalət? Bəlkə, daha çox uydurma bir anlayışdır və insan əslində, ədalətli olmaya da bilər?!

Ümumiyyətlə, ədalət anlayışı olan hər yerdə güc anlayışı da var. Yəni ədalət daha çox bir lütfdür-güclünün etdiyi lütf.

Məsələn, Nitşeyə görə ədalət anlayışı, ədalət insan sturukturu "maskalanmış güc"dür.

Bu səbəbdir, adətən, insanlar ədaləti hər kəsdən yox, məhz güclülərdən gözləyir.

Xüsusi ilə anarxist fəlsəfə ədalət anlayışının var olmadığını iddia edir. Anarxistlərə görə, ədalət yalnız güclü qrupların və dövlətlərin öz maraqlarını qorumağa xidmət edən bir vasitədir.

"Ədalət" hər zaman bir mülkiyyət haqqı, bir hüquq, bir mükafat və ya cəzadır və bu qaydalar yalnız güclü olanların yaratdığı bir sosial quruluşun məhsuludur.

Kimdənsə ədalət tələb etmək, həm də dolayı yolla azad olmadığını bildirməkdir.

Halbuki ədaləti əldə etmək də azadlığın, haqqın bir formasıdır.

Dolayısı ilə ədalət "təbii" bir ehtiyac yox, daha çox sosial inşa modelidir, cəmiyyətin yaratdığı qaydadır.

Üstəlik, mütləq ədalət anlayışı xüsusi ilə müasir dövr və dəyərlərdə, elə məhz kapitalizmdə heç zaman mövcud ola bilməz.

Nədir ədalət? Hər kəsə bərabər münasibət göstərməkmi?

Bəlkə, bu elə sadəcə bir bərabərlik anlayışıdır?

Fərqli şərtlər altında hamıya eyni ədalətlə yanaşmağın özü ədalətsizlik deyilmi?

Əgər doğrudan da hamıya layiq olduğu şəkildə davranılsa, əslində, bunun özü xaos yaradar.

Ədalət anlayışı əksərən mənəvi dəyər kimi təqdim edilir, müqəddəsləşdirilir.

Bəs o, necə bir yüksər mənəvi dəyər, müqəddəs ola bilər ki, anlayışın özü cəmiyyətlərə görə dəyişir?

Yəni məsələn, bir mədəniyyətdə “ədalət” bərabərliklə bağlı düşüncələri ehtiva edirsə, digərində bu, “hər kəsin yerinə yetirməsi lazım olan rol” şəklində tətbiq oluna bilər.

Bir sözlə, ədalət sosial ehtiyaclara görə dəyişən məsələdir. Belə olduğu halda, anlayışın özü də, ədalətli bilinən insanlar da şübhə altına düşür.

Yox, ədalətlə yanaşmaq lazımdırsa, bu anlayış güclü insanların zəifləri idarə etmək və onlara təzyiq göstərmək üçün seçdikləri alətdən başqa bir şey deyil və bayağı romantikadır.

Orxan Saffari

TodayPress TV


XƏBƏR LENTİ
31 MAY 2026
Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Bütün Xəbərlər