Bakıda "Tacik tikmə dünyası" adlı sərgi açıldı

Bakıda "Tacik tikmə dünyası" adlı sərgi açıldı
26.09.2025 02:23 Mədəniyyət

Azərbaycan Milli Xalça Muzeyində Tacikistan Milli Muzeyi ilə birgə təşkil edilən "Tacik tikmə dünyası" adlı sərginin açılışı olub.

TodayPress TV xəbər verir ki, sərgidə tacik xalqının bədii-estetik zövqünü, ideallarını, dünyagörüşünü, mənəvi dəyərlərini əks etdirən qədim və nəfis tikmələr nümayiş olunub.

Tacikistanın Xücənd, İstərövşən, Kulab, Pəncəkənd, Rəşt, Bədəxşan, Hisar və digər şəhər və bölgələrindən olan ustalar tərəfindən yaradılan zəngin kolleksiya Azərbaycanda ilk dəfə nümayiş etdirilir.

Ekspozisiyaya Tacikistan Milli Muzeyinin qızıl fondundan seçilmiş 56 unikal eksponat – örtüklər, çakan geyimlər, namazlıqlar, yastıq üzləri, kişi bel yaylıqları, dəstərxanlar və digər ənənəvi tikmə nümunələri daxildir. Sərgidə rəng çalarlarının və naxışlarının zənginliyi ilə seçilən, tacik tikməsinin nadir nümunələrindən olan süzənilər də xüsusi yer tutacaq.

Tacik tikmələrini rəngli və həndəsi ornamentlər, epiqrafik motivlər və kalliqrafik yazılarla bəzəyir. Onların üzərindəki hər bir naxışın - nar çiçəyi, lalə, söyüd yarpağı, günəş, ay, ulduz, tovuzquşu quyruğu, hibiskus kimi təsvirlərin öz mənası var. 2018-ci ildə Tacikistanın "Çakan" tikmə sənəti UNESCO-da Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınıb.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və Tacikistan Milli Muzeyinin təşkilatçılığı ilə keçirilir. Bu layihə mayın 20-də Düşənbədə keçirilmiş "Azərbaycanın milli irsi incəsənət incilərində yaşayır" sərgisinin davamı kimi qarşılıqlı mədəni mübadilə ənənələrinin davamıdır.

Açılışda Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon, Milli Məclisin deputatı, Azərbaycan-Tacikistan Parlamentlərarası Qrupunun rəhbəri Aydın Mirzəzadə, Tacikistan Milli Muzeyinin direktoru İbrohimzoda Zafarşo Safa və digər rəsmi şəxslər və mədəniyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə hər iki ölkənin incəsənət ustalarının çıxışları, o cümlədən musiqi nömrələri və rəqslər nümayiş olunub. Gülcanaq Məmmədova "Shodu-shod" tacik mahnısını, Firuzə Curayeva isə "Skertso" bəstəsini ifa edib.

Sərginin məqsədi təkcə Tacikistanın sənət xəzinələrini nümayiş etdirmək deyil, həm də iki ölkə arasında mədəni körpüləri gücləndirmək, incəsənət və tarix sahəsində qarşılıqlı anlaşma və əməkdaşlığı dərinləşdirməkdir.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Bütün Xəbərlər