Bakıda "Tacik tikmə dünyası" adlı sərgi açıldı

Bakıda "Tacik tikmə dünyası" adlı sərgi açıldı
26.09.2025 02:23 Mədəniyyət

Azərbaycan Milli Xalça Muzeyində Tacikistan Milli Muzeyi ilə birgə təşkil edilən "Tacik tikmə dünyası" adlı sərginin açılışı olub.

TodayPress TV xəbər verir ki, sərgidə tacik xalqının bədii-estetik zövqünü, ideallarını, dünyagörüşünü, mənəvi dəyərlərini əks etdirən qədim və nəfis tikmələr nümayiş olunub.

Tacikistanın Xücənd, İstərövşən, Kulab, Pəncəkənd, Rəşt, Bədəxşan, Hisar və digər şəhər və bölgələrindən olan ustalar tərəfindən yaradılan zəngin kolleksiya Azərbaycanda ilk dəfə nümayiş etdirilir.

Ekspozisiyaya Tacikistan Milli Muzeyinin qızıl fondundan seçilmiş 56 unikal eksponat – örtüklər, çakan geyimlər, namazlıqlar, yastıq üzləri, kişi bel yaylıqları, dəstərxanlar və digər ənənəvi tikmə nümunələri daxildir. Sərgidə rəng çalarlarının və naxışlarının zənginliyi ilə seçilən, tacik tikməsinin nadir nümunələrindən olan süzənilər də xüsusi yer tutacaq.

Tacik tikmələrini rəngli və həndəsi ornamentlər, epiqrafik motivlər və kalliqrafik yazılarla bəzəyir. Onların üzərindəki hər bir naxışın - nar çiçəyi, lalə, söyüd yarpağı, günəş, ay, ulduz, tovuzquşu quyruğu, hibiskus kimi təsvirlərin öz mənası var. 2018-ci ildə Tacikistanın "Çakan" tikmə sənəti UNESCO-da Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınıb.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və Tacikistan Milli Muzeyinin təşkilatçılığı ilə keçirilir. Bu layihə mayın 20-də Düşənbədə keçirilmiş "Azərbaycanın milli irsi incəsənət incilərində yaşayır" sərgisinin davamı kimi qarşılıqlı mədəni mübadilə ənənələrinin davamıdır.

Açılışda Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon, Milli Məclisin deputatı, Azərbaycan-Tacikistan Parlamentlərarası Qrupunun rəhbəri Aydın Mirzəzadə, Tacikistan Milli Muzeyinin direktoru İbrohimzoda Zafarşo Safa və digər rəsmi şəxslər və mədəniyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə hər iki ölkənin incəsənət ustalarının çıxışları, o cümlədən musiqi nömrələri və rəqslər nümayiş olunub. Gülcanaq Məmmədova "Shodu-shod" tacik mahnısını, Firuzə Curayeva isə "Skertso" bəstəsini ifa edib.

Sərginin məqsədi təkcə Tacikistanın sənət xəzinələrini nümayiş etdirmək deyil, həm də iki ölkə arasında mədəni körpüləri gücləndirmək, incəsənət və tarix sahəsində qarşılıqlı anlaşma və əməkdaşlığı dərinləşdirməkdir.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
“Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 Bütün Xəbərlər