Azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü

Azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü
04.07.2025 16:29 Mədəniyyət

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2025-ci il tarixli, 193 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 2001-ci il tarixli 132 nömrəli Qərara dəyişiklik edilib.

TodayPress TV xəbər verir ki, yeni qərara əsasən, Ağdam, Kəlbəcər, Füzuli, Laçın, Zəngilan və Xocavənd rayonlarında tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən 44 yeni abidə daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil edilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatına əsasən, işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 550 abidənin inventarlaşdırılması başa çatdırılıb. Eyni zamanda aparılan monitorinq nəticəsində 402 obyekt yeni aşkar olunmuş abidə kimi qeydə alınıb.

Araşdırmalar zamanı məlum olub ki, bu abidələrin bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən vandalizmə məruz qalıb. Belə ki, 68 abidə tamamilə dağıdılıb, 114 abidəyə ciddi ziyan dəyib, digər abidələr isə müxtəlif dərəcələrdə zədələnib və bəziləri hətta tövlə kimi istifadə olunub.

Xatırladaq ki, daşınmaz tarix-mədəniyyət abidələrinin indiyədək qüvvədə olan siyahısı 2001-ci ildə təsdiqlənmişdi. Təhlillər nəticəsində həmin siyahıda bir sıra ciddi çatışmazlıqlar – abidələrin adları və tarixlərində uyğunsuzluqlar, habelə mühüm obyektlərin reyestrə daxil edilməməsi halları aşkar edilib.

Hazırda Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən Edilməsi üzrə Ekspert Şurası tərəfindən siyahının yenilənməsi və abidələrin dövlət mühafizəsinə götürülməsi prosesi davam etdirilir.

FOTOLAR

Azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü — 1
Azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü — 2
Azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü — 3
Azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü — 4
Azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü — 5
Azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü — 6
Azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü — 7
Azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü — 8
XƏBƏR LENTİ
02 IYUN 2026
Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Bütün Xəbərlər