Bərdədə taxıl biçini prosesinin təşkilinə dair regional müşavirə keçirildi

Bərdədə taxıl biçini prosesinin təşkilinə dair regional müşavirə keçirildi
10.06.2025 16:09 Kənd Təsərrüfatı

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə taxıl biçininə hazırlıq, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı məlumatlandırma sessiyalarına başlayıb. 

TodayPress TV xəbər verir ki, Bərdə rayonunda keçirilən regional müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Bərdə və ətraf rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, “Aqroservis” ASC-nin rəhbər şəxsləri və regional nümayəndəliklərinin, rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər, mexanizatorlar və fermerlər iştirak ediblər. Tədbirin təşkilində əsas məqsəd cari ildə taxıl biçinini itkisiz və mütəşəkkil həyata keçirməkdir.

Tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısının müavini İlham Məmmədov bildirib ki, Azərbaycanda taxılçılığın inkişafına dövlət dəstəyi verilir, dövlət dəstəyinin genişləndirilməsi sayəsində ölkədə taxılçılıq ildən-ilə inkişaf edir. Bu il Bərdə rayonunda 13 min hektardan çox sahədə taxıl əkilib, hazırda məhsulun vaxtında və itkisiz yığılması istiqamətində koordinasiya olunmuş fəaliyyət həyata keçirilir. 

Müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də dayanıqlı inkişaf edir.

Nazir müavini ölkədə aqrar sahədə həyata keçirilən tədbirlər,  taxıl biçininə hazırlıqla bağlı  görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Qeyd olunub ki, hər il olduğu kimi bu il də bölgələrdə taxıl biçini prosesinin mütəşəkkil təşkili üçün nazirlikdə operativ qərargah yaradılıb, qərargah tərəfindən biçin prosesində meydana çıxa biləcək çətinliklər əvvəlcədən təhlil edilərək, müvafiq fəaliyyət planı hazırlanıb. Respublika üzrə kütləvi taxıl biçini ərəfəsində bölgələrdə keçirilən məlumatlandırma sessiyaları məhsul yığımının optimal müddətdə, itkisiz başa çatdırılmasına xidmət edir.  

 “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov vurğulayıb ki, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilib. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır. Bundan başqa, bu ilin mart ayından cari ildə taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlara təlimlər keçirilib. 

Müşavirədə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

FOTOLAR

Bərdədə taxıl biçini prosesinin təşkilinə dair regional müşavirə keçirildi — 1
Bərdədə taxıl biçini prosesinin təşkilinə dair regional müşavirə keçirildi — 2
Bərdədə taxıl biçini prosesinin təşkilinə dair regional müşavirə keçirildi — 3
Bərdədə taxıl biçini prosesinin təşkilinə dair regional müşavirə keçirildi — 4
Bərdədə taxıl biçini prosesinin təşkilinə dair regional müşavirə keçirildi — 5
Bərdədə taxıl biçini prosesinin təşkilinə dair regional müşavirə keçirildi — 6
Bərdədə taxıl biçini prosesinin təşkilinə dair regional müşavirə keçirildi — 7
Bərdədə taxıl biçini prosesinin təşkilinə dair regional müşavirə keçirildi — 8
Bərdədə taxıl biçini prosesinin təşkilinə dair regional müşavirə keçirildi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Bütün Xəbərlər