Azad Cəfərli Türkiyədə davamlı meyvə və üzüm tinglərinin istehsalı üzrə seminarda iştirak etdi

Azad Cəfərli Türkiyədə davamlı meyvə və üzüm tinglərinin istehsalı üzrə seminarda iştirak etdi
14.10.2025 12:52 Kənd Təsərrüfatı

Bu ilin 7-11 oktyabr tarixində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin, eləcə də özəl sektor nümayəndələrinin iştirakı ilə Türkiyə Respublikasının Antalya, İzmir, Bursa və Manisa şəhərlərində davamlı meyvə və üzüm tinglərinin istehsalı üzrə silsilə seminarlar keçirilib.

TodayPress TV xəbər verir ki, sözügedən seminarlarda və təşkil olunmuş sahə səfərlərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. 

Nümayəndə heyəti təşkil olunmuş seminarlarda iştirak edərək ölkəmizin meyvəçilik və tingçilik sektorunda həyata keçirilən tədbirlər, xüsusilə son dövrlər iqlim dəyişikliyi və təbii resursların azalması fonunda fermerlərin daha səmərəli və innovativ metodlardan istifadəsinin zəruriliyi, meyvəçilikdə müasir texnologiyalar, damcı suvarma sistemləri, torpaq analiz sensorları, genetik seleksiya üsullarının tətbiq edilməsi yolu ilə məhsuldarlığın artırılmasına nail olunması, həmçinin bu sahədə süni intellektin tətbiq olunması barədə tədbir iştirakçılarına məlumat verib.

Tətbiq olunan yeniliklərin fermerlərin işinin asanlaşdırılması, bazarlara daha uzunmüddətli saxlama qabiliyyətinə malik, ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsullar çıxarmağa imkan verməsi, eləcə də tingçilik təsərrüfatlarında klonlaşdırma üsulu ilə virusdan azad bitki çoxaldılması və ting istehsalı barədə məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

Daha sonra nümayəndə heyətinin rəhbəri ilə Türkiyə, Qazaxıstan və Macarıstan nümayəndələri arasında meyvəçilik və tingçilik sektorunda yeni sortların yaradılması, mütərəqqi texnologiyalardan istifadə, bazar tələbləri, bu sahədə dayanıqlı həllər və yeni əməkdaşlıq modelləri ilə bağlı müzakirələr aparılıb.

Səfər çərçivəsində Eğirdir, Manisa və Bursanın meyvəçilik və üzümçülük elmi tədqiqat institutlarında elmi araşdırmalar, intensiv tingçilik təsərrüfatları, müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalar, avtomatlaşdırılmış xüsusi istixana kompleksləri, eləcə də tinglərin adaptasiya məqsədilə köçürüldüyü açıq sahələrlə tanışlıq həyata keçirilib. 

Bununla yanaşı, səfər çərçivəsində nümayəndə heyətinin rəsmisi Azad Cəfərli ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Avropa Birliyi və Xarici Əlaqələr idarəsinin müdiri Fərhad Çolak arasında keçirilmiş məsləhətləşmələr zamanı kənd təsərrüfatı və aqrar tədqiqat sahəsində beynəlxalq müqavilələrin hazırlanması, imzalanmış Niyyət Bəyannamələrinin icrası, aqrar tədqiqat, müasir texnologiyalar, heyvan sağlamlığı və torpaq infrastrukturu sahəsində İşçi Qruplarının yaradılması,  Kənd Təsərrüfatı İcra Komitəsinin növbəti iclasının keçirilməsi və bununla bağlı protokolun və onun əlavəsi olan Fəaliyyət Planının hazırlanması, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq aspektləri müzakirə edilib.

TodayPress TV

FOTOLAR

Azad Cəfərli Türkiyədə davamlı meyvə və üzüm tinglərinin istehsalı üzrə seminarda iştirak etdi — 1
Azad Cəfərli Türkiyədə davamlı meyvə və üzüm tinglərinin istehsalı üzrə seminarda iştirak etdi — 2
Azad Cəfərli Türkiyədə davamlı meyvə və üzüm tinglərinin istehsalı üzrə seminarda iştirak etdi — 3
Azad Cəfərli Türkiyədə davamlı meyvə və üzüm tinglərinin istehsalı üzrə seminarda iştirak etdi — 4
XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər