Türkiyədən dəri idxalına çəkilən xərclər azaldı

Türkiyədən dəri idxalına çəkilən xərclər azaldı
13.09.2025 19:30 İqtisadiyyat

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 8,517 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.

TodayPress TV Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,2 % azdır.

Avqustda Türkiyə Azərbaycana 1,334 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 10,2 % azdır.

8 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 4,7 % azalaraq 986,646 milyon ABŞ dollarına, təkcə avqust ayında isə 7 % azalaraq 137,42 milyon ABŞ dollarına düşüb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər