İcbari sığorta üzrə yığımlar 30%-ə yaxın azaldı

İcbari sığorta üzrə yığımlar 30%-ə yaxın azaldı
01.04.2026 14:19 İqtisadiyyat

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növləri üzrə 234 milyon 436 min manat, icbari sığorta növləri üzrə 43 milyon 126 min manat sığorta haqqı toplanılıb.

TodayPress TV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 6,5% və ya 14 milyon 346 min manat artıb.

İcbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 29,4% və ya 17 milyon 990 min manat azalıb.

Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 39,4% artaraq 121 milyon 772 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 27,3% artaraq 27 milyon 28 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-fevral aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 51.9 manat sığorta ödənişi edilib. Bu rəqəm ötən ilin eyni dövründə 39.7 manata bərabər olub. Bu ilin yanvar-fevral aylarında icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 62,7 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk iki ayında 34,7 manata bərabər idi.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Все новости