Azərbaycan Şimali Makedoniya ilə müzakirələr apardı

Azərbaycan Şimali Makedoniya ilə müzakirələr apardı
21.07.2025 15:07 İqtisadiyyat

Azərbaycanın Şimali Makedoniya ilə iqtisadi əməkdaşlıq gündəliyində ticarət, investisiya, enerji, turizm və nəqliyyat sahəsində birgə fəaliyyəti intensivləşdirmək prioritet təşkil edir.

TodayPress TV xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Şimali Makedoniyaya işgüzar səfərimiz çərçivəsində bu ölkənin iqtisadiyyat və əmək naziri Besar Durmişi ilə ölkələrimizin biznes sahəsində əməkdaşlığının səmərəliliyinin artırılması və işgüzar əlaqələrin təşviqi imkanlarını dəyərləndirdik”, - deyə M. Cabbarov bildirib.

FOTOLAR

Azərbaycan Şimali Makedoniya ilə müzakirələr apardı — 1
Azərbaycan Şimali Makedoniya ilə müzakirələr apardı — 2
Azərbaycan Şimali Makedoniya ilə müzakirələr apardı — 3
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər