Ukrayna yığması ilk dəfə əcnəbi məşqçiyə tapşırıldı!

Ukrayna yığması ilk dəfə əcnəbi məşqçiyə tapşırıldı!
18.05.2026 13:02 İdman

Ukrayna Futbol Assosiasiyası milli komandanın yeni baş məşqçisinin italiyalı mütəxəssis Andrea Maldera olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, 55 yaşlı məşqçi ilə iki illik müqavilə imzalanıb.

Sazişdə müddətin uzadılması üçün əlavə opsiya da nəzərdə tutulub.

Beləliklə, Andrea Maldera Ukrayna millisinin tarixində ilk əcnəbi baş məşqçi olub.

Qeyd edək ki, italiyalı mütəxəssis üçün bu, ilk müstəqil baş məşqçi təcrübəsi olacaq. Onun son iş yeri Fransa təmsilçisi “Marsel” klubu olub. Maldera burada həmyerlisi Roberto De Zerbinin məşqçilər korpusunda çalışıb.

O, daha əvvəl İngiltərənin “Brayton” klubunda da De Zerbi ilə birlikdə fəaliyyət göstərib. Bundan başqa, Massimiliano Alleqri, Leonardo, Filippo Inzagi və Klarenc Zeedorf kimi məşhur mütəxəssislərin qərargahında yer alıb.

Andrea Maldera 2016–2021-ci illərdə isə Ukrayna millisində Andrey Şevçenkonun köməkçisi kimi çalışıb.

Namiq HUN

TodayPress TV


ФОТО

Ukrayna yığması ilk dəfə əcnəbi məşqçiyə tapşırıldı! — 1
ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Все новости