Tennis dünyası Monfislə vidalaşmağa hazırlaşır

Tennis dünyası Monfislə vidalaşmağa hazırlaşır
25.05.2026 14:30 İdman

24 qat “Böyük Dəbilqə” çempionu Novak Cokoviç fransalı tennisçi Qael Monfilsin dünya tennisinə təsirindən danışıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Rolan Qarros-2026” çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Cari mövsümdən sonra peşəkar karyerasını başa vuracağını açıqlayan Monfislə bağlı fikirlərini bölüşən serbiyalı idmançı onun həm insan, həm də tennisçi kimi iz qoyduğunu deyib:

“Onun haqqında danışanda hər zaman deyirəm ki, ən böyük mirası gözəl insan olmasıdır. O, daim gülümsəyir və pozitiv enerji yayır. Karyerası ərzində çoxsaylı zədələr və çətinliklər yaşasa da, geri qayıtmağı bacardı.

Monfis tennis tarixinin ən atletik oyunçularından biridir. Onun sürüşmələri, müdafiəsi və sməş zamanı sıçrayışları hər zaman xüsusi olub. Açığı, onu izləmək mənim üçün həmişə böyük zövq idi. O, həm də qarşılaşmaqdan ən çox həzz aldığım rəqiblərdən biri idi”.

Serbiyalı tennisçi ATP və WTA nümayəndələrinin Monfisin karyerasını birlikdə qeyd etməsini də xüsusi və emosional an adlandırıb.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Все новости