Qızlarımızdan ibarət basketbol millisi III MDB Oyunlarında gümüş medal qazandı
Azərbaycanın qızlardan ibarət 3x3 basketbol millisi III MDB Oyunlarında gümüş medal qazanıb.
TodayPress TV xəbər verir ki, yığma finalda Rusiya seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 19:13.
Beləliklə, qızlardan ibarət Azərbaycan millisi turniri gümüş medalla başa vurub.