“Pentakampeonlar” Neymarla böyük hədəfə gedir!

“Pentakampeonlar” Neymarla böyük hədəfə gedir!
14.05.2026 16:35 İdman

Neymarın DÇ-2026-da Braziliya yığma komandasının heyətində yer alacağı gözlənilir.

TodayPress TV xəbər verir ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 34 yaşlı hücumçunu dünya çempionatı üçün yekun heyətə daxil etməyi planlaşdırır.

Məlumata görə, Braziliya yığmasının yekun heyəti mayın 18-də açıqlanacaq.

Daha əvvəl “Globo” Neymarın 55 nəfərlik genişləndirilmiş siyahıya daxil edildiyini yazıb. Lakin bu, onun yekun heyətdə yer alacağına tam zəmanət vermir. Bunun üçün futbolçu fiziki hazırlığını təsdiqləməlidir.

Ançelotti də Neymarla bağlı qərarın ilk növbədə futbolçunun fiziki durumundan asılı olduğunu bildirib. İtaliyalı mütəxəssis onun istedadının müzakirə olunmadığını, əsas meyarın meydanda göstərdiyi forma və hazırlıq səviyyəsi olduğunu vurğulayıb.

Neymar 2023-cü ilin payızından Braziliya yığma komandasında oynamayıb. “Pentakampeonlar” dünya çempionatının qrup mərhələsində Mərakeş, Haiti və Şotlandiya komandaları ilə qarşılaşacaqlar.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Все новости