MDB Oyunları: Azərbaycanın stolüstü tennis komandası finala yüksəldi

MDB Oyunları: Azərbaycanın stolüstü tennis komandası finala yüksəldi
26.09.2025 13:55 İdman

III MDB Oyunlarında stolüstü tennis yarışlarına start verilib.

TodayPress TV xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan yarışın finalçıları məlum olub. 

Azərbaycanın qadınlardan ibarət stolüstü tennis komandası   yarımfinalda Özbəkistan millisinə 2:1 hesabı ilə qalib gəlib. 

Millimiz finalda Rusiya seçməsi ilə qarşılaşacaq.

Kişilərdən ibarət stolüstü tennis komandamız isə 1/4 finalda Özbəkistanı sınağa çəkəcək. Yarış saat 15:30-da start götürəcək.

Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər