Florentino Peresdən gözlənilməz seçki qərarı!

Florentino Peresdən gözlənilməz seçki qərarı!
14.05.2026 14:48 İdman

“Real Madrid” futbol klubu prezident və direktorlar şurasına növbədənkənar seçkilərin keçiriləcəyini rəsmən elan edib.

TodayPress TV xəbər verir ki, Madrid təmsilçisinin rəsmi açıqlamasına əsasən, seçki prosesi artıq başlayıb.

Namizədlərin irəli sürülməsi üçün müraciət müddəti 14 maydan 23 may 2026-cı il tarixinədək davam edəcək.

Əgər seçkilərdə birdən çox namizəd iştirak edərsə, səsvermənin keçiriləcəyi tarix və məkan daha sonra açıqlanacaq. Klub həmçinin seçki qaydalarına uyğun olaraq poçt vasitəsilə səsvermənin də mümkün olacağını bildirib.

Xatırladaq ki, növbədənkənar seçkilərlə bağlı açıqlamanı daha əvvəl klubun hazırkı prezidenti Florentino Peres fövqəladə mətbuat konfransında vermişdi.

Qeyd edək ki, Florentino Peres 2009-cu ildən fasiləsiz şəkildə “Real Madrid”in prezidenti vəzifəsini icra edir. O, daha əvvəl 2000-2006-cı illərdə də bu posta rəhbərlik edib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Все новости