Azərbaycan parapauerliftinqçisi dünya çempionatında 2 gümüş medal qazandı

Azərbaycan parapauerliftinqçisi dünya çempionatında 2 gümüş medal qazandı
10.10.2025 23:45 İdman

Azərbaycanın yeniyetmə parapauerliftinqçisi İlhamiz Kərimov (107 kq) Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında 2 gümüş medal qazanıb.

TodayPress TV xəbər verir ki, 16 yaşlı idmançı ümumi qaldırmada üç hərəkətin cəmində 185 kq nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

O, həmçinin ən yaxşı qaldırmada 95 kq nəticə ilə gümüş medala sahib çıxıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər