Ağırlıqqaldıranımız Avropa çempionatında 3 gümüş medal qazandı

Ağırlıqqaldıranımız Avropa çempionatında 3 gümüş medal qazandı
30.10.2025 11:05 İdman

Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasının üzvü Tehran Məmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa çempionatında 3 gümüş medal qazanıb.

TodayPress TV Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Tehran birdən qaldırma hərəkətində 133 kq çəkini ram edib. O, təkanla qaldırma hərəkətində isə 155 kq ağırlığı başı üzərinə qaldıraraq toplamda 288 kq nəticə göstərib.

Nəticədə birdən və təkanla qaldırma hərəkətlərinin uğurlu icrasına görə 2 gümüş medal qazanan Tehran Məmmədov toplamda da fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər