Vətən Müharibəsi Qəhrəmanı Şükür Həmidovun anım mərasimi keçirildi

Vətən Müharibəsi Qəhrəmanı Şükür Həmidovun anım mərasimi keçirildi
22.10.2025 17:39 Hərbi

Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi polkovnik Həmidov Şükür Nəriman oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. 

TodayPress TV xəbər verir ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər. 

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Anım mərasimində çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yolundan danışıblar. 

Milli Qəhrəmanın ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

TodayPress TV

FOTOLAR

Vətən Müharibəsi Qəhrəmanı Şükür Həmidovun anım mərasimi keçirildi — 1
Vətən Müharibəsi Qəhrəmanı Şükür Həmidovun anım mərasimi keçirildi — 2
Vətən Müharibəsi Qəhrəmanı Şükür Həmidovun anım mərasimi keçirildi — 3
Vətən Müharibəsi Qəhrəmanı Şükür Həmidovun anım mərasimi keçirildi — 4
Vətən Müharibəsi Qəhrəmanı Şükür Həmidovun anım mərasimi keçirildi — 5
Vətən Müharibəsi Qəhrəmanı Şükür Həmidovun anım mərasimi keçirildi — 6
Vətən Müharibəsi Qəhrəmanı Şükür Həmidovun anım mərasimi keçirildi — 7
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər