Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü
02.08.2025 14:44 Hərbi

Avqustun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “YAŞAT” Fondunun dəvəti ilə ölkəmizdə səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb. 

TodayPress TV xəbər verir ki, qonaqları salamlayan nazir onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsinin hər zaman uca tutulduğunu qeyd edən nazir hər iki ölkə başçısının müvafiq göstərişlərinə əsasən, şəhid ailələrinə xüsusi həssaslıqla yanaşıldığını, onların daim diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb. 

Görüş zamanı qarşılıqlı ziyarətlərin təşkilinin ölkələrimiz arasında mövcud tarixi dostluğun, əməkdaşlığın daha da inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunub.

Qardaş ölkənin nümayəndələri səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə müdafiə nazirinə minnətdarlıqlarını ifadə ediblər. 

Qeyd edək ki, qonaqlar səfər çərçivəsində ölkəmizin qədim və müasir memarlığın ahəngini özündə birləşdirən tarixi və mədəni abidələrlə zəngin məkanlarını ziyarət edir, Azərbaycanın şanlı tarixi və zəngin mədəniyyəti ilə yaxından tanış olurlar.

FOTOLAR

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başlayıb! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Bütün Xəbərlər