Baş Qərargah rəisi Heydər Əliyev adına Hərbi İnstitutda oldu

Baş Qərargah rəisi Heydər Əliyev adına Hərbi İnstitutda oldu
20.06.2025 16:30 Hərbi

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Heydər Əliyev adına Hərbi İnstitutda olub, hərbi təhsil müəssisəsinin zabit, kursant və professor-müəllim heyəti ilə görüşüb. 

TodayPress TV xəbər verir ki, əvvəlcə institutun ərazisində ucaldılan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin heykəli önünə və şəhidlərin Xatirə kompleksinə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda, xüsusilə hərbi təhsil sahəsində aparılan uğurlu islahatlardan danışan Baş Qərargah rəisi Azərbaycan Ordusunda tətbiq olunan beynəlxalq hərbi təcrübənin və müasir texnoloji yeniliklərin hərb elmi və təhsil sisteminin inkişafına müsbət təsir göstərdiyini bildirib. 

Azərbaycan Respublikasının Prezidentinin Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi zamanı qardaş ölkə ilə bağlı səsləndirdiyi fikirləri diqqətə çatdıran general-polkovnik K.Vəliyev ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu və yüksək səviyyədə olduğunu qeyd edib. 

General-polkovnik K.Vəliyev hərbi institutda təhsil alan kursantlara öz üzərilərində daim çalışmaq və ixtisas hazırlığına xüsusi diqqət yetirərək peşəkar zabit kimi inkişaf etmək ilə əlaqədar tövsiyələrini verib, onlara xidmətlərində uğurlar arzulayıb.

Sonda təhsilin daha keyfiyyətli təşkili ilə bağlı müdafiə nazirinin göstərişləri hərbi təhsil müəssisəsinin rəhbərliyinə çatdırılıb və aidiyyəti vəzifəli şəxslərə konkret tapşırıqlar verilib.

FOTOLAR

Baş Qərargah rəisi Heydər Əliyev adına Hərbi İnstitutda oldu — 1
Baş Qərargah rəisi Heydər Əliyev adına Hərbi İnstitutda oldu — 2
Baş Qərargah rəisi Heydər Əliyev adına Hərbi İnstitutda oldu — 3
XƏBƏR LENTİ
01 IYUN 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 Bütün Xəbərlər