Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu
20.08.2025 15:35 Hadisə

Avqustun 20-də paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində 1965-ci il təvəllüdlü Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat yayılıb. 

İlkin araşdırmalarla 1993-cü il təvəllüdlü Rəhim Qasımovun bıçaqla xəsarət yetirərək Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Rəhim Qasımov iş üzrə şübhəli şəxs qismində tutulub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər