Ötən il sərxoş vəziyyətdə törədilmiş cinayətlərin sayı məlum olub

Ötən il sərxoş vəziyyətdə törədilmiş cinayətlərin sayı məlum olub
14.08.2025 10:22 Hadisə

Azərbaycanda 2024-cü ildə sərxoş vəziyyətdə törədilmiş cinayətlərin sayı 168 olub.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda hüquqpozmalar" adlı məcmuəsində qeyd edilib.

Bildirilib ki, bu göstərici 2023-cü ildə 193 olub.

Törədilən cinayətlərin 18-i ağır və xüsusilə ağır cinayətlərin, 5-i qəsdən adam öldürmə və öldürməyə cəhd, 20-si xuliqanlıq, 9-u ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin payına düşüb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər