Baş Prokurorluqdan vətəndaş müraciəti ilə bağlı açıqlama

Baş Prokurorluqdan vətəndaş müraciəti ilə bağlı açıqlama
21.10.2025 17:34 Hadisə

Bəzi sosial media səhifələrində Ayvazlı Lalə Abbasəli qızının səhhətində həkim səhlənkarlığı nəticəsində problemlər yaranması barədə müraciəti üzrə Yasamal rayon prokurorluğunda qeyri-obyektiv araşdırma aparılmasına dair məlumatlar yayılıb.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.  

Bununla bağlı bildirilir ki, vətəndaş Lalə Ayvazlı Baş Prokurorluq və Bakı şəhər prokurorluğunda rəhbər şəxslər tərəfindən dəfələrlə qəbul edilərək dinlənilib, qanunvericiliyin tələbləri ona ətraflı şəkildə izah edilib, şikayəti üzrə toplanmış yoxlama materialı Baş Prokurorluq və Bakı şəhər prokurorluğunda ətraflı öyrənilməklə, narazı olduğu bütün hallar üzrə əlavə araşdırılması üçün zəruri göstərişlər verilib.

Belə ki, Nəsimi rayon prokurorluğunda aparılmış araşdırma zamanı bir sıra zəruri prosessual hərəkətlər icra olunub, habelə komisyon məhkəmə-tibb ekspertizası təyin edilərək müvafiq rəy alınıb, 31 mart 2023-cü il tarixdə Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilib. 

Həmin qərar L.Ayvazlının şikayəti əsasında 10 may 2023-ci il tarixdə Baş Prokurorluq tərəfindən ləğv edilib və yoxlama materialı üzrə araşdırmanın davam etdirilməsi vətəndaşın müraciətində nəzərə alınmaqla Yasamal rayon prokurorluğuna tapşırılıb.

Yasamal rayon prokurorluğunda əlavə araşdırma aparılan müddətdə material üzrə bir neçə dəfə ekspertizalar, o cümlədən təkrar komisyon məhkəmə-tibb ekspertizası, əlavə komisyon məhkəmə-tibb ekspertizaları keçirilib, L.Ayvazlının və onun şikayətçi olduğu “Kəpəz”  Hospitalın həkimlərinin izahatları alınıb, habelə əməliyyat tapşırığı, eləcə də müvafiq sorğular verilərək cavablar alınıb.

Lalə Ayvazlının həm qəbullar zamanı, həm də yazılı müraciətlərində göstərdiyi xüsusatlar toplanmış sübutlar və ekspertiza rəyləri ilə öz təsdiqini tapmadığından, toplanmış material üzrə bir neçə dəfə, sonuncu dəfə isə 30 sentyabr 2025-cu il tarixdə Yasamal rayon prokurorluğunda Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilib.

Bundan başqa, vətəndaş L.Ayvazlının onu əməliyyat etmiş S.Xudiyevanın plastik cərrah kimi “Badam” klinikasında qanunsuz fəaliyyət göstərməsi barədə digər müraciəti araşdırılması üçün aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilib və S.Xudiyeva nazirlik tərəfindən tutduğu vəzifəsindən çıxarılıb.

XƏBƏR LENTİ
02 IYUN 2026
Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Bütün Xəbərlər