Direktorların işə qəbulu müsabiqəsində yeni qaydalar

Direktorların işə qəbulu müsabiqəsində yeni qaydalar
30.10.2025 14:13 Elm və Təhsil

Ümumi təhsil sistemində idarəetmənin səmərəliliyini və şəffaflığını artırmaq məqsədilə bu ildən etibarən dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsi yeni yanaşmalar əsasında təşkil olunur.

Bu barədə TodayPress TV-yə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Yeni qaydalar əsasında proses məktəb idarəçiliyində pedaqoji liderlik modelinin formalaşdırılmasına xidmət edir və idarəetmə bacarığı yüksək olan peşəkar müəllimlərin seçilməsini hədəfləyir. Bu çərçivədə sertifikatlaşdırmada, müəllimlərin işə qəbulu imtahanında və ya diaqnostik qiymətləndirmədə yüksək nəticə əldə edən namizədlər arasından seçim aparılacaq. Namizədlərin idarəetmə, liderlik və strateji düşünmə qabiliyyətləri isə müsahibə mərhələsində qiymətləndiriləcək.

"Müsabiqə mərhələli şəkildə həyata keçiriləcək ki, bu da daha çox namizədlə keyfiyyətli müsahibələrin aparılmasına və onların peşəkar, həmçinin şəxsi kompetensiyalarının geniş qiymətləndirilməsinə imkan yaradacaq. İlkin mərhələdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən 80-ə yaxın vakant direktor vəzifəsi müəyyənləşdirilib.

Namizədlərə bildiririk ki, bütün vakant yerlər mərhələli qaydada elan ediləcək və müsahibələr ardıcıl şəkildə həyata keçiriləcək.

Direktor vəzifəsinə elektron sənəd qəbulu 30 oktyabr 2025-ci il saat 11:00-dan 11 noyabr 2025-ci il saat 17:00-dək https://miq.edu.az/direktor  portalı vasitəsilə aparılacaq.

Yeni qaydalar məktəb rəhbərliyinə öyrənən və öyrədən liderlərin gətirilməsini, peşəkar müəllimlərin karyera inkişafı üçün real imkanların yaradılmasını, eləcə də şagird nailiyyətlərinə birbaşa təsir edən idarəetmə mühitinin formalaşdırılmasını təmin edəcək", - deyə məlumatda qeyd olunub. 

XƏBƏR LENTİ
01 IYUN 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 Bütün Xəbərlər