Yeni Zelandiya Fələstinlə bağlı qərarını sentyabrda verəcək

Yeni Zelandiya Fələstinlə bağlı qərarını sentyabrda verəcək
11.08.2025 10:10 Dünya

Yeni Zelandiya hökuməti Fələstin dövlətini rəsmən tanıyıb-tanımamaq məsələsinə sentyabrda qərar verəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Uinston Peters məlumat verib. 

“Hökumət gələn ay ərzində Fələstin dövlətinin tanınması ilə bağlı mövqeyini diqqətlə nəzərdən keçirəcək”, - deyə nazir bildirib. 

Onun sözlərinə görə, Yeni Zelandiya öz prinsiplərini, dəyərlərini və milli maraqlarını rəhbər tutaraq, diqqətli bir qiymətləndirməyə əsaslanaraq qərar verəcək.  

Aysel Mətləb

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər