Ukrayna yeni maliyyə proqramı çərçivəsində raketlər alacaq

Ukrayna yeni maliyyə proqramı çərçivəsində raketlər alacaq
18.09.2025 11:17 Dünya

Ukrayna “Patriot” hava hücumundan müdafiə sistemləri və “HIMARS” raket sistemləri üçün raketlər alacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü məlumat verib.

ABŞ Prezidenti Donald Tramp administrasiyası Kiyevə silah yardımı paketlərinə ilk dəfə olaraq sentyabrın 16-sı razılıq verib.

Zelenskinin sözlərinə görə, Ukrayna indiyə qədər ABŞ istehsalı olan silahlar üçün NATO-nun rəhbərlik etdiyi "Prioritetləşdirilmiş Ukrayna Tələbləri Siyahısı" (PURL) mexanizmi vasitəsilə 2 milyard dollardan çox maliyyə təmin edib. O bu məbləğin oktyabr ayında 3,5 milyard dollara çatacağını gözlədiyini bildirib.

NATO müttəfiqləri ümumilikdə Ukraynaya 10 milyard dollar dəyərində silah təqdim etməyi planlaşdırırlar.

Ukrayna lideri bildirib ki, hər biri 500 milyon dollar dəyərində olan ilk iki paketi “Patriot” və “HIMARS” raketləri əhatə edəcək. Bu açıqlamanı o, Avropa Parlamenti Prezidenti Roberta Metsola ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında verib.

NATO-nun Ukraynadakı baş nümayəndəsi vurğulayıb ki, PURL mexanizmi çərçivəsində maliyyələşdirilən 4 paket artıq yoldadır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp uzun müddətdir, Ukraynaya hərbi yardım üçün xərclənən milyardlarla dolları tənqid edir. PURL təşəbbüsü Avropaya silahların pulunu ödəməyə, ABŞ-yə isə həmin silahları göndərməyə imkan yaradır.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin siyasət üzrə müavini Elbric Kolbi bu yeni mexanizm çərçivəsində iki 500 milyon dollarlıq göndərişi təsdiqləyib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 Bütün Xəbərlər