Tramp və Si Cinpin “Tiktok”u müzakirə edəcək
ABŞ Prezidenti Donald Tramp sentyabrın 19-da Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon danışığı aparacaq.
TodayPress TV “Bloomberg”ə istinadən xəbər verir ki, danışıqda əsas müzakirə mövzuları tariflər və “TikTok”un ABŞ-dəki gələcək fəaliyyəti olacaq.
Məlumata görə, tərəflər bu həftə təqdim olunmuş çərçivə sazişini müzakirə edəcəklər. Sazişə əsasən, “TikTok”un ABŞ-dəki əməliyyatlarına nəzarət Çinin “ByteDance Ltd.” şirkətindən amerikalı investorların konsorsiumuna verilə bilər.
Qiymət Mahir