Tramp Braziliyaya qarşı 40%-lik tariflər tətbiq etdi
ABŞ prezidenti Donald Tramp Braziliyadan idxala əlavə 40%-lik tariflər tətbiq edən fərman imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, tariflər Braziliya hökumətinin ABŞ-nin milli təhlükəsizliyinə, xarici siyasətinə təhdid yaratdığı, həmçinin ABŞ vətəndaşlarının söz azadlığı hüquqlarına zərər vuran hərəkətləri səbəbindən baş verib.
Fərman həmçinin ölkədə çalışan bir çox məmurların, o cümlədən, ailə üzvləri üçün viza məhdudiyyətlərini ləğv edəcək
Aynur TAC