Tramp 9 milyardlıq büdcə ixtisarı paketini imzaladı

Tramp 9 milyardlıq büdcə ixtisarı paketini imzaladı
25.07.2025 10:38 Dünya

ABŞ Prezidenti Donald Tramp, ictimai və xarici yardımlar sahəsində ciddi ixtisarları nəzərdə tutan qanun layihəsini imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.

Qanun layihəsi Konqresdə təsdiqləndikdən sonra prezidentin imzasına təqdim edilib.

Yeni qanuna əsasən, ABŞ-nin xarici yardımlarına 8 milyard dollar, ictimai yayım və digər dəstək proqramlarına isə təxminən 1,1 milyard dollar həcmində ixtisar nəzərdə tutulur.

Beləliklə, Trampın imzasından sonra ümumi məbləği 9,1 milyard dollar olan federal ixtisar paketi rəsmiləşmiş olub.

Müxalif Demokratlar bu addımı tənqid edərək bildirirlər ki, bu cür kəskin ixtisarlar ABŞ-nin beynəlxalq nüfuzunu zəiflədə və yaranan boşluğu Çin doldura bilər. Onlar hesab edirlər ki, xarici yardımlarda kəskin azalmalar qlobal miqyasda humanitar fəlakətlərə yol aça bilər.

Qeyd edək ki, Tramp administrasiyası may ayında ictimai yayım qurumları olan "NPR" və "PBS"in "qərəzli" fəaliyyət göstərdiyini əsas gətirərək bu media orqanlarına dövlət maliyyəsinin dayandırılması ilə bağlı sərəncam imzalamışdı.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 IYUN 2026
BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Bütün Xəbərlər