Rutte ölkələrinin qərarını zəruri hesab edir
NATO-nun Baş katibi Mark Rutte NATO ölkələrinin 2035-ci ilə qədər müdafiə xərclərini ümumi daxili məhsullarının (ÜDM) 5 faizinə qədər artırmaq qərarını “ambisiyalı” adlandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.
Ruttenin sözlərinə görə, bu addım zəruridir, çünki NATO hər iki Atlantik sahilində - həm Avropada, həm də Şimali Amerikada - müdafiə sənayesi potensialını mümkün qədər sürətlə inkişaf etdirməlidir.
Baş katib eyni zamanda bildirib ki, NATO ölkələri Ukraynaya dəstəyi davam etdirəcək.
Töhfə Səməd