Özbəkistanda qatar maşınla toqquşdu
Özbəkistanda dəhşətli qəza baş verib.
TodayPress TV xəbər verir ki, sentyabrın 13-də Çortok və Uyçi stansiyaları arasında mühafizə olunmayan dəmir yolu keçidində “Gentra” markalı minik avtomobili qatarla toqquşub.
Özbəkistan Dəmir Yollarının məlumatına görə, hadisə zamanı avtomobildə olan 5 qadın və 1 uşaq həlak olub. Bildirilir ki, sürücü qaydaları pozaraq, qatar yaxınlaşarkən relsləri keçməyə cəhd edib.
Maşinistlər fövqəladə əyləci işə salsalar da, qəzadan qaçmaq mümkün olmayıb. Qatara isə cüzi ziyan dəyib.
Türkan İsgəndərli