Liviya sahillərində partlayan tanker Yunanıstana çatdı

Liviya sahillərində partlayan tanker Yunanıstana çatdı
06.07.2025 21:25 Dünya

Göyərtəsində partlayış baş vermiş "Vilamoura" tankeri Yunanıstandakı limana çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Yunanıstanın TMS Tankers gəmiçilik şirkətinin bəyanatında bildirilib. 

"Gəmi Yunanıstanın Lakon körfəzinə sağ-salamat çatıb və ekipajının vəziyyəti yaxşıdır", - məlumatda deyilir.

Şirkət əlavə edib ki, ilkin məlumatlara görə, tankerdəki partlayış naməlum partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər