Kreml: Ərdoğan və Putin tezliklə görüşə bilər

Kreml: Ərdoğan və Putin tezliklə görüşə bilər
14.10.2025 17:05 Dünya

Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtlarda telefonla danışa bilərlər.

TodayPress TV Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə Ukrayna münaqişəsinin həlli ilə bağlı indiyədək yeni danışıqlar aparmayıb. Peskov "Hələ heç bir danışıq olmayıb. Amma bilirsinizmi, Putin və Ərdoğan telefon danışığına çox tez razılaşa bilərdilər" deyib.

Prezident Ərdoğan və Putin sonuncu dəfə oktyabrın 7-də telefonla danışıb və ikitərəfli münasibətləri, regional, o cümlədən qlobal məsələləri müzakirə ediblər.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər